SmartScoring tarixində ilk TeamGym üzrə yarış

21 Oktyabr 2018

17-20 Oktyabr tarixlərində Portuqaliyanın Odivelas şəhərində keçirilən 12-ci "TeamGym" Gimnastikası üzrə Avropa Çempionatı uğurla başa çatdı. Qeyd etmək lazımdır ki, Azərbaycanlı idmançılar ilk dəfə olaraq bu gimnastika növü üzrə çempionatda təmsil olundular.

İştirakçı ölkələr gənclər və böyüklər yaş kateqoriyasına ayrılaraq bir-biriləri ilə güclərini sınadılar, və nəticə olaraq yerli idmançılarımız 10-cu yerdə qərarlaşdılar.

2018-ci ilin əvvəlində SmartScoring şirkəti idman sahəsində möhtəşəm performansı, diqqətəlayiq hərəkəti və uğurlu geridönüş edən idmançılara fəxri Shooting Star mükafatı ilə təmin etmək niyyətini açıqladı. Bununla bağlı, TeamGym Avropa Çempionatı, SmartScoring və UEG nümayəndələri idman sahəsində diqqətəlayiq nəticələrinə görə Estoniyalı Andrei Pestov və Almaniyalı Celine Rosemann-ı SmartScoring-in Shooting Star mükafatı ilə təltif etdilər.

Mühüm bir beynəlxalq tədbirin hissəsi olduğu SmartScoring portfoliosuna daha bir uğurlu layihənin təşkilini əlavə etdi. Xalların dəqiqliklə hesablanması, http://gymtv.online veb səhifəsində təqdim olunan canlı nəticələrin idarəsi və video nəzarəti xidməti şirkətin mütəxəssisləri tərəfindən yüksək şəkildə təşkil olunaraq bütün gözləntilərə cavab verdi. 

Biz şirkətimiz adından bütün iştirakçılara minnətdarlığımızı bildiririk və növbəti yarışlarda onlara uğurlar diləyirik.