Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi

08 Oktyabr 2018

6 və 7 Oktyabr tarixlərində Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi uğurla başa çatıb. 

Yarışlarda Azərbaycan təmsilçiləri ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan olan idmançılar birincilik uğrunda mübarizə apardılar. 

Azərbaycanın aparıcı idman üzrə şirkəti olan Smart Scoringin heyəti çempionat zamanı hakimlər üçün video kontrol yaradaraq, və həmçinin xalların hesablanması və düzgün nəzarəti keçirərək bir daha professionallığını sübüt etdi. 

Əlavə olaraq Smart Scoring tərəfindən yaradılan http://gymtv.online veb səhifəsinə daxil olaraq siz oyunları canlı izləyə, və ya keçmiş oyunlara yenidən baxa bilərsiniz.

Şirkətimiz adından bütün gimnastları təbrik edirik və onlara qarşıdan gələn yarışlarda uğurlar diləyirik!