İdman Gimnastikası üzrə FIG Dünya Kuboku

18 Mart 2018

15 – 18 mart tarixlərində, Bakıda keçirilən İdman Gimnastikası üzrə Dünya Kuboku bir daha gimnastika ictimaiyyətinin diqqətini Azərbaycan yönəltdi. Azərbaycan Gimnastika Federasiyası tərəfindən təşkil edilən yarışlar, artıq üçündü dəfədir ki baş tutur və hər il olduğu kimi yarışlar zamanı xalların hesablanması və zaman idarəsi xidmətləri SmartScoring şirkəti tərəfindən təqdim edilir. Azərbaycan Gimnastika Federasiyasından bu tədbirin idarəsinə təkrarən dəvət almaq SmartScoring üçün əsl qürur mənbəyidir, çünki bu, keyfiyyətli işimizin layiqincə dəyərlədirildiyinin bir sübutudur.

Yarışların genişmiqyaslı olması, kişi və qadınlar arasında aparılan təsnifat mərhələləri, eləcə də son iki gün ərzində keçirilən həyəcanlı final yarışları SmartScorining komandasının bacarıqlarını da sınadı. Ümumi iş prosesinin gərginliyinə və şirkətin üzərinə düşən cavabdehliyə baxmayaraq, biz əminik ki, bu yarışları tam layiqli və dünya standartlarına cavab verən səviyyədə təqdim edə bildik.

Qeyd etmək vacibdir ki, SmartScoring yuxarıda adı çəkilən xalların hesablanması və zaman idarəsi xidmətləri ilə yanaşı, eyni zamanda tədbirin video təqdimatını da hazırlamışdı. Bu xidmət SmartScoring tərəfindən bir çox yarışlar zamanı təqdim edilir və təşkilatçılara tədbiri unudulmaz, parlaq və maraqlı etməyə imkan yaradır. SmartScoring həmçinin Azərbaycan idman hərəkatının mütərəqqi inkişafına dəstək məqsədilə, idman tədbirlərini canlı yayımlayan http://gymtv.online internet platformasını da yaradıbdır. Yarışları canlı olaraq bu platformada izləmək olar.