SmartScoring şirkəti yerli yarışlar mövsümünə davam edir

11 Dekabr 2018

 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok və 10 dekabr tarixində Tamblinq üzrə 16-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatı uğurla başa çatdı.

Hər yerli yarışda olduğu kimi bu dəfə də xalların hesablanması və zaman idarəsi xidmətləri Azərbaycanın İT sahəsində ən öndə gedən şirkəti SmartScoring-a həvalə edildi. Xalların düzgün və dəqiq şəkildə yoxlanılaraq tamaşaçı və iştirakçılara çatdırılması şirkətin ən vacib prinsip və amillərindən biridir.

SmartScoring-in heyəti bu vəzifəni uğurla yerinə yetirərək şirkətin qarşısına qoyduğu məqsədə layiqincə əməl etdi.

Bizdə SmartScoring şirkəti adından turnirdə iştirak edən bütün gimnastları uğurlu çıxışlarına görə təbrik edir və daha yüksək nailiyyətlər arzu edirik.