SmartScoring yerli yarışlara təşkilati dəstəyini göstərməyə davam edir.

28 Sentyabr 2018

26 və 27 sentyabr tarixində Ocaq Sport Klubunda Akrobatika Gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı Birinciliyi keçirildi. 27 sentyabrda yarışlara Batut Gimastikası qoşularaq həmin gimnastika növü üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi də baş tutub.

Xalların hesablanması və hakimlər üçün video nəzarət xidmətləri artıq SmarScoring şirkətini təqdim etdiyi standart xidmətlər sırasına daxildir.

Qeyd edək ki, 6 və 7 oktyabr tarixində keçiriləcək Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyində SmartScoring texniki dəstəyini göstərməyə hazırlaşır və iştirak edəcək bütün gimnastlara üğürlar arzu edir.