SmartScoring İdman Gimnastikasi üzrə Təsnifat Yarışlarına hazırdır

13 İyun 2018

23 iyun tarixində paytaxtımızda İdman Gimnastikasi üzrə Təsnifat Yarışları keçiriləcək.

Yarışların təşkilatı dəstəkçisi olaraq SmartScoring, bu turnir çərçivəsində də bir sıra əməliyyatlar həyata keçiriləcək.

23 iyun tarixində baş tutacaq yarışlar üçün şirkət bütün gücünü bir yerə toplamaq niyyətindədir.

Yarışların yayımının yüksək səviyyədə keçməsi SmartScoring şirkətinin başlıca amillərindəndir.

Belə ki, xalların düzgün hesablanması, video nəzarət xidməti və eləcə də şirkətin öz rəsmi hesabında azərkeşlər üçün tədbirin canlı yayımlanması, SmartScoring'in turnir zamanı əsas iş prinsiplərindədir.

SmartScoring şirkəti adından 23 iyun baş tutacaq İdman Gimnastikasi üzrə Təsnifat Yarışları zamanı bütün idmançılara uğurlar arzu edir və millimizə layiqli qalibiyyət qazanmasını diləyirik.